Lənkəranda yük maşınının vurduğu gənc dünyasını dəyişib - YENİLƏNİB

Lənkəran. 15 oktyabr. REPORT.AZ/ Lənkəranda yük maşınının vurduğu iki piyadadan biri dünyasını dəyişib.

"Report"un Cənub Bürosu xəbər verir ki, 1996-cı il təvəllüdlü Hüseynov Nihat Emil oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində keçinib.


***19:43

Lənkəran. 15 oktyabr. REPORT.AZ/ Lənkəranın Boladi kəndində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisəni "Qazel" markalı yük avtomobilin sürücüsü törədib.

Qəza nəticəsində 1999-cu il təvəllüdlü Cəfərov Elvin Nadir oğlu və 1996-cı il təvəllüdlü Hüseynov Nihat Emil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan birincinin vəziyyəti qənaətbəxş olsa da, digərinin vəziyyəti ağırdır. Nihat reanimasiya şöbəsinə yerləşdirilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47