Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
"Report"un Cənub mərkəzi xəbər verir ki, qəza zamanı Məhəmməd Əlikazım oğlu Məmmədov, Hüseyn Qüdrət oğlu Vəliyev və İlyas Kərim oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlarda İ.Vəliyevin vəziyyəti ağır olduğundan həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
*** 21:58
Lənkəran şəhərinin Füzuli küçəsində ölümlə nəticələnən ağır yol qəzası olub.
"Report"un Cənub Mərkəzinin məlumatına görə, "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində maşında olan 3 nəfərdən biri ölüb, digər ikisi ağır xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.