Lənkəranda baş verən yanğın söndürülüb

Lənkəran rayonu, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın qeydə alınıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yayılma riskinin yüksək olmasına baxmayaraq, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xatırladaq ki, yanğın axşam saatlarında başlayıb.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17