Lənkəranda müştərinin bank hesabından pul çıxarılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində M.Şahmarovun bank hesabından 300 manat pulunu çıxararaq oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb.