Lənkəranda minik maşını yanıb

Lənkəran. 28 dekabr. REPORT.AZ/ Axşam saatlarında Lənkəran şəhərində avtomobil yanıb.

"Report"un Cənub bürosu məlumat verir ki, hadisə şəhərin Həzi Aslanov xiyabanı küçəsində baş verib.

Nəticədə 1961-ci il təvəllüdlü Qurbanov Rakif Məcid oğluna məxsus "99-HS-642" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomaşının mühərrik hissəsi yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54