Lənkəran rayonunda ev yanıb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə gecə vaxtı rayonun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini - 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli evdə yanğın olub. Hadisə yerinə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın yerində aparılan kəşfiyyat zamanı ev sahibi R.Rəhimovun meyiti aşkar edilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.