Lənkəran sakinindən heroin götürülüb

Bakı. 31 yanvar. REEPORT.AZ/ Lənkəran rayon sakinindən heroin aşkarlanıb. 

Bu barədə "Report"un Cənub bürosuna DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundanm məlumat verilib.

Məlumatda bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hüseynov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər