Laçında insan skeletinin qalıqları tapılıb

Laçında insan skeletinin qalıqları tapılıb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb.

Belə ki, kənd sakini köhnə evlərinə qalxmaq üçün yol düzəldərkən skelet qalıqları tapıb.

Sümük qalıqları tapıldıqdan sonra sakin ərazidə qazıntı işini saxlayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29