Kürdəmirdə zəncirvari qəza olub - FOTO - YENİLƏNİB

Kürdəmir rayonunda zəncirvari qəza törətmiş sürücülərin və xəsarət alanın şəxsiyyəti məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, xəsarət alan şəxs "VAZ-2107"lərdən birinin sürücüsü Dəyanət Əliyevdir.

Qəza zamanı digər "VAZ-2107"ni İltizam Adullayev, "Dodge"ni isə Sahib Baxışov idarə edib. Onların hamısı rayon sakinləridirlər.


***22:22

Kürdəmir rayonunda 3 maşının iştirakı ilə zəncirvari qəza olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Xırdapay kəndindən keçən hissəsində "Dodge" markalı avtomaşınla iki "VAZ-2107" toqquşub.

Nəticədə "Jiquli"lərdən birinin sürücüsü xəsarət alıb.

Fakt araşdırılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45