Kürdəmirdə zəlzələ baş verib

Bakı. 21 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda 3,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.  

Yeraltı təkanlar yerli vaxtla saat 17:31:23-də Kürdəmir stansiyasından 10 kilometr şimal-qərbdə qeydə alınıb.

Ocağı 48 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb. 

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54