Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 174-cü km-də rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
"Toyota" markalı avtomaşın Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə dəyərək aşıb. Hadisə zamanı sürücü və sərnişin - Bakı sakinləri, 59 yaşlı Allahverdiyev Xəqani Vedi oğlu və 55 yaşlı Allahverdiyeva Kifayət Tağı qızı xəsarət alıb. Yaralılar dərhal Kürdəmir RMX-nın Travmatologiya şöbəsinə çatdırılıb.
Fakt araşdırılır.