Kürdəmirdə yol qəzası olub, xəsarət alan var - FOTO

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

"KamaAZ" markalı yük maşını ilə "VAZ-21011" markalı avtomaşın toqquşub. Hadisə zamanı VAZ-ın sürücüsü, Kürdəmir rayon Məhərrəmli kənd sakini, 1994-cü il təvəllüdlü Tağıyev Rusif Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33