Kürdəmirdə yol qəzası olub, xəsarət alan var

Kürdəmir. 17 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Ağdam rayon sakini, 1984-ci il təvəllüdlü Ramin Əliağa oğlu Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili yol kənarındakı beton maneələrə çırpılıb. Nəticədə R.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50