Kürdəmirdə yol qəzası baş verib

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 190 km-də, rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil avtokrana çırpılıb. Nəticədə Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Nağıyev Elvin Cavanşir oğlu xəsarət alıb. Yaralıya yerində ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıb.

Digər xəbərlər