Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.
Belə ki, traktorla VAZ markalı minik maşınının toqquşması nəticəsində rayonun Axtaçı kənd sakini, 1938-ci il təvəllüdlü Hümmətova Güləndər Əkbər qızı müxtəlif növ bədən xəsarətləri alıb.
Yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.