Kürdəmir. 19 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Kürdəmir şəhər sakini, 1961-ci il təvəllüdlü Zeynal Qəhrəman oğlu Xəlilov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən onun qarşısında dönmə əməliyyatını yerinə yetirən 1962-ci il təvəllüdlü Qabil Mədət oğlu Mirzəliyevin idarə etdiyi "QAZ-31" markalı avtomobillə toqquşub. Xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.