Kürdəmirdə yerli sakinə məxsus tövlə yanıb - FOTO - VİDEO

Kürdəmir rayonunda yanğın hadisəsi olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Xırdapay kəndində yerli sakin Rəhimov Nuğay Rza oğluna məxsus tövlə yanıb.

Əraziyə Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56