Kürdəmirdə vəzifəli şəxs xidməti otağında ölüb

Kürdəmir rayonunun icra və probasiya şöbəsinin rəisi ölüb.

“Report”un əldə etdiyi xəbərə görə, icra və probasiya şöbəsinin rəisi, 1977-ci il təvəllüdlü Arif Yəhyazadə öz xidməti otağında qəfildən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41