Kürdəmirdə "VAZ-2106" "Ford"la toqquşub - FOTO

Kürdəmirdə yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil"Ford" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

Fakt araşdırılır.

Digər xəbərlər