Kürdəmirdə traktor aşıb, sürücü xəsarət alıb - FOTO

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Rəhim Azər oğlü Abbaslı traktorla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48