Kürdəmirdə traktor aşıb, sürücü xəsarət alıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub


***20:02

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Muğanlı kəndində qeydə alınıb.

Belə ki, sürücü, Kürdəmir rayonunun Qarasaqqallı kənd sakini, 1988-ci il təvəllüdlü Əsgərov Elşad Böyükkişi oğlu traktorla rayon istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə traktor yoldan çıxaraq aşıb. Müxtəlif növ bədən xəsarətləri alan sürücü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər