Kürdəmirdə "QAZ-31" "Toyota Prado"ya çırpılıb - FOTO

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, "QAZ-31" markalı minik avtomobili "Toyota Prado" markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər