Kürdəmirdə qadın qəbul etdiyi dərmandan zəhərlənib

Kürdəmir rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun 1996-cı il təvəllüdlü Dəyirmanlı kənd sakini Səmədova Əfsanə Elşən qızı evdə qəbul etdiyi dərmandan zəhərlənib.

O, təcili tibbi yardım əməkdaşları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45