Kürdəmirdə minik avtomobili aşıb, sürücü xəsarət alıb

Kürdəmir. 15 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Ərşəli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, 1985-ci il təvəllüdlü, Məhərrəmli kənd sakini Yadigar Yalçın oğlu Xəlilovun idarə etdiyi 10 FK 190 dövlət qeydiyyatı nişanlı "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36