Kürdəmirdə kafedə 2800 manat oğurlanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Kürdəmir rayonunda kafedən 2800 manat oğurlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Kürdəmir rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən sentyabrın 27-də şəhər ərazisindəki kafelərin birində Gəncə şəhər sakini Ş.Məmmədovanın 2850 manatını oğurlamaqda şübhəli bilinən həmyerlisi Elzurum Babayev saxlanılıb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27