Kürdəmir rayonunda biçilmiş taxıl sahəsi yanıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində Əliyev Azər Xası oğluna məxsus 2 hektar ərazidə baş verib.
Hadisə yerinə Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Fakt araşdırılır.