Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb - FOTO

Kürdəmirdə avtomobil qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Ucar sakini, 1992-ci il təvəllüdlü Həsənov Rasim Bəhram oğlu Kürdəmir istiqamətində "Chevrolet" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Fakt araşdırılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37