Kürdəmirdə avtomobil qəzası baş verib, 4 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


*** 13:51

Kürdəmir rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar Bakı şəhər sakinləri - sürücü, 1971-ci təvəllüdlü Cavadova Kəmalə Balaca qızı, sərnişinlər - 1964-cü il təvəllüdlü Cəfərova Raya, 1998-ci il təvəllüdlü Bədəlova Aytac Nahid qızı və 2004-cü il təvəllüdlü Cəfərova Gülnur Azər qızıdır. Yaralılar müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


***13:17

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Digər xəbərlər