Kürdəmir rayonunda ilansancma hadisəsi baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun Cənub Məhəllə sakini, 1970-ci il təvəllüdlü Habil Sərkəz oğlu Həbilovu bostan sahəsində ilan sancıb.
Zərərçəkən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya zərdab vurulub və vəziyyəti orta-ağır olaraq qalmaqdadır.