Kürdəmirdə 48 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Kürdəmir rayonunda 48 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Eyyubov Famil Ağabala oğlu ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 13 dekabr, 2025 / 21:28