Kürdəmirdə 4 yaşlı uşaq evin eyvanından yıxılıb

Kürdəmirdə 4 yaşlı uşaq evin eyvanından yıxılaraq xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Çöl-Ərəb kəndində qeydə alınıb.

Şükürlü Yeganə Elvin qızı (2015-ci il təvəllüdlü) yaşadığı evin eyvanından ehtiyatsızlıq edərək yıxılıb. Yaralını dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41