Kürdəmirdə 35 yaşlı qadını avtomobil vurub

Kürdəmir rayonunda 35 yaşlı qadını avtomobil vurub.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mürtülü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Vüsalə Mirzə qızı Həsənovanı yolu keçmək istəyərkən minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37