Kürdəmir rayon sakinindən tüfəng aşkar edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarasaqqal kənd sakini E.Hüseynovun evindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.