Kürdəmir rayonunda iki nəfər qarpızdan zəhərlənib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, Bakı şəhəri, Biləcəri qəsəbə sakini, 1986-cı il təvəllüdlü Bağırov İlham Nurəddin oğlu və rayonun 69-cu məhəllə sakini, 1967-ci il təvəllüdlü Zeynallı Teyfur Feyzulla oğlu qarpızdan zəhərlənmə diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsinə yerləşdirilib.
Xəstəxanada zəhərlənməyə qarşı lazımi tədbirlər görülüb və hər iki şəxs ambulator müalicəyə buraxılıb.