Kürdəmir rayonunda avtomobil yanıb - FOTO

Kürdəmir rayonunda avtomobil yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Qubadov Abdulla Təvəkkül oğlu "KiA Optima" markalı avtomobili yolun kənarında saxlayıb. Bir qədər sonra avtomobildə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvələri cəlb olunub. Yanğınsöndürənlər alovu söndürsələr də, avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

Hadisənin başvermə səbəbləri məlum deyil.

Fakt araşdırılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41