Klinika "Azərsu"yu məhkəməyə verib

Bakı. 17 fevral. REPORT.AZ/ "Atlas Medical Center" MMC "Azərsu" ASC-ni məhkəməyə verib.

"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC aktın, ona əlavənin ləğv olunması və əsassız hesablanmış borcun şəxsi hesabdan silinməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarıb.

Qətnamədən narazı qalan "Atlas Medical Center" apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36