Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb - YENİLƏNİB

Kəlbəcər rayonu Qamışlı kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Volvo" markalı yük maşınının aşması nəticəsində Türkiyə vətəndaşı, 1989-cu il təvəllüdlü Uysal Emrah aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən şəxs Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış. Hadisə zamanı avtomobildə başqa şəxs olmayıb.

14:54

Kəlbəcərin Qamışlı kəndi ərazisində “Volvo” markalı yük maşını aşıb.

“Report” xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Ölən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39