Kəlbəcərdə avtomobil aşıb, xəsarət alan var

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda maşın aşıb, xəsarət alan var.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil yolunun "Ömər aşırımı" adlanan ərazidən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Ərrahman Əsgərov xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48