Kəlbəcərdə zəlzələ olub

Ağdam stansiyasından 48 km cənub-qərbdə, Kəlbəcər rayonunda zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Qeyd edilib ki, maqnitudası 3,7 bal olan zəlzələ yerli vaxtla saat 00:35-də qeydə alınıb. Zəlzələ ocağı Yerin 11 kilometr dərinliyində olub.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48