Bakı. 18 İyun. REPORT.AZ/ Beyləqanda kanalda batan 15 yaşlı gəncin cəsədi aşkarlanıb.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Beyləqan rayonunun Qaradağlı kənd sakini, 2000-ci il təvəllüdlü Kazımov Sirac Silyan oğlu üzə bilmədiyi halda kanala girib.
Nəticədə dünyasını dəyişən Sirac Kazımovun cəsədi batdığı yerdən 700 metr aralıda xilasedicilər tərəfindən tapılaraq çıxarılıb.
Meyit hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.