Kamran Əliyev: "Korrupsiya cinayətlərinə görə müəyyənləşdirilən 51 milyon manatdan çox maddi ziyanın 16 milyon 578 min manatı ödənilib"

Bakı. 25 iyul. REPORT.AZ/ "2018-ci ilin I yarımili ərzində korrupsiya cinayətlərinə görə məhkəmələrə göndərilən cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyan qeydə alınıb".

"Report" xəbər verir ki, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin I yarımili ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qeydə alınan ziyanın ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5 % ödənilməsi təmin edilib: "Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb".

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54