İtkin düşən Cəlilabad sakini tapılıb

İtkin düşən Cəlilabad rayon sakini tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Cəlilabad rayonunun Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyev Əlisa Hüseynağa oğlunun olduğu yer müəyyən edilib və o, ailəsinə təhvil verilib.

Qeyd edək ki, o bir neçə gün öncə evi tərk edərək itkin düşmüşdü.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48