İsmayıllıda yük və minik avtomobilləri toqquşub, ölən var

Fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində “MAZ” markalı yük avtomobili ilə “Azsamand” markalı minik avtomobili toqquşub.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib.

Araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41