İsmayıllıda Rusiya vətəndaşı qəza törədib, xəsarət alan var

İsmayıllı rayonunda iki avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 17-də şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, Rusiya vətəndaşı Marta Pleşkanın idarə etdiyi “Honda” markalı avtomobillə İsmayıllı rayon sakini Rüstəm Rəsulovun idarə etdiyi “VAZ-21099” markalı avtomobil toqquşub. Nəticədə “VAZ”ın sürücüsü R.Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41