İsmayıllıda buzlu yolda 7 avtomobil toqquşub, yaralılar var

İsmayıllı rayonunun Basqal qəsəbəsində xəsarətlə nəticələnən zəncirvari avtomobil qəzası olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, axşam saatlarında yolun buz bağlaması səbəbindən 7 minik avtomobili - "Mercedes", "Opel", "Qazel", "Ford", "Toyota Prius", "Hyundai SantaFe" və "VAZ-2107" markalı minik avtomobilləri bir-birinə çırpılıb, bəzi nəqliyyat vasitələri zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Hadisə zamanı 1968-ci il təvəllüdlü Şükürov Zabil Müqabil oğlu, 1988-ci il təvəllüdlü İsrafilov Mövlud Qiyas oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47