İsmayıllıda avtomobillər toqquşub, ölən və yaralananlar var

Bu gün saat 15:30 radələrində İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW" və “Honda” markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, nəticədə sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47