İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində rayon sakini Kərim Kərimovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, həmin şəxs barəsində protokol tərtib olunaraq barəsində müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36