İsmayıllı sakini 3 kq-lıq göbələk tapıb

İsmayıllı rayon sakini Elman Süleymanov həyətyanı sahəsində yetişdirdiyi tərəvəz və bostan məhsullarını toplayarkən ölçüsü 20x25 santimetr, çəkisi 3 kiloqrama yaxın olan göbələk aşkar edib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, göbələyin belə böyük və çəkisinin çox olması isə görənləri heyrətə salıb. 

Digər xəbərlər

Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26