Azərbaycanın daha bir rayonunda zəlzələ olub -YENİLƏNİB

Azərbaycanın daha bir rayonunda 4 maqnitudada zəlzələ olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün yerli vaxtla saat 12:27 radələrində Şəmkirdə zəlzələ baş verib. 

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, yeraltı təkanlar Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.  

11:29

İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.

Zəlzələ epsentirdə 4 bala qədər hiss olunub.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45