Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazəsi olmadan keçmək istəyən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Ağdam rayon sakini Möhübət Məmmədov rayonun Hacıməmmədli kəndi ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd göstərərkən nəzarət qaydasına uyğun polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıb. Həmin şəxslə profilaktiki səpkidə söhbətlər aparılıb, ərazidə partlamamış hərbi vasitələr və minaların insan həyatı üçün təhlükəli olduğu izah edilib. Buna baxmayaraq işğaldan azad edilmiş ərazilərə keçmək üçün cəhdlərini davam etdirib.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində M.Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib. Onun barəsində protokol tərtib olunub və məhkəməyə göndərilib. Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.
İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb
Digər xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
22 noyabr, 2026 / 13:23
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
22 noyabr, 2026 / 11:07
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
21 noyabr, 2026 / 15:00
Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib
21 noyabr, 2026 / 14:00
Bakıda kredit götürən şəxsin pulu oğurlanıb
21 noyabr, 2026 / 11:37
Sumqayıtda azyaşlı dəm qazından boğulub
21 noyabr, 2026 / 11:06
Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb
21 noyabr, 2026 / 10:55
Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb
21 noyabr, 2026 / 10:54
Sumqayıtda yol çöküb
21 noyabr, 2026 / 09:18
Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb
20 noyabr, 2026 / 19:13
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub
20 noyabr, 2026 / 15:56
Badamdardakı sürüşmə genişlənib, əhaliyə ərazini tərk etmələri tövsiyə olunub - Yenilənib-2
20 noyabr, 2026 / 14:50
Bu gecədən hava limanı istiqamətində yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
20 noyabr, 2026 / 13:00
Yevlaxda yük avtomobili 12 yaşlı velosipedçini vuraraq öldürüb
20 noyabr, 2026 / 09:02
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
20 noyabr, 2026 / 00:35
Lənkəranda zəncirvari avtomobil qəzasından sonra iki kənd işıqsız qalıb
19 noyabr, 2026 / 23:46
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
19 noyabr, 2026 / 21:19